Ekvador hökuməti zəlzələdən sonra zənginlər üçün xüsusi vergi tətbiq edəcək

7069fb1f-b1ef-4251-95d0-48e2aa253607_292Ekvador prezidenti Rafael Korrea azı 570 nəfərin həlak olduğu dağıdıcı zəlzələdən sonra ölkənin bərpası üçün bir sıra xüsusi tədbirlərin tətbiq ediləcəyini açıqlayıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, prezident tərəfindən təklif edilən tədbirlər sırasında vergi dərəcəsinin artırılması da var. Belə ki, bir il ərzində satışdan gələn gəlirin vergiyə cəlb olunan hissəsinin 12%-dən 14%-dək artırılması nəzərdə tutulub.

Bundan əlavə, 1 milyon dollardan çox kapitalı olan ölkə vətəndaşları öz var-dövlətinin 0,9%-ni dövlətə ödəməli olacaq. Aylıq gəliri 1000 dollar olanlar dövlət xəzinəsinə orta hesabla bir günlük, 2000 dollar qazananlar iki günlük (beləcə proporsionallıq saxlamaqla arta-arta) gəlirləri məbləğində pul ödəyəcək.

İlkin hesablamalara görə, təbii fəlakətin Ekvadora vurduğu ziyan təxminən 3 milyard dollar təşkil edə bilər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR