Ekvadorda 7,8 bal gücündə zəlzələ: 41 ölü

1460874038Cənubi Amerika ölkələrindən Ekvadorun şimal-qərb sahillərində 7,8 bal gücündə zəlzələ baş verib. Teleqraf.com xəbərverir ki, Amerika Geoloji Araşdırmalar Mərkəzindən zəlzələnin təxminən 40 saniyə davam etdiyi və yerin 19 kilometr dərinliyində baş verdiyi bildirilib. Zəlzələnin episentri əhalisi o qədərdə çox olmayan Muisne liman şəhəri yaxınlığına düşüb. Zəlzələ nəticəsində ilkin məlumata görə, 41 nəfər həlak olub. Təxminən 170 kilometr aralıdakı paytaxt Quitoda da zəlzələ hiss edilib. Güclü titrəyiş səbəbindən xalqın küçələrə çıxdığı və zəlzələnin ardından bir çox məhəllədə elektrikin kəsildiyi qeyd olunur. Ekvador və Peruda xalqa sunami xəbərdarlığı edilib. Ekvador Cənubi Amerikanın qərbində, Sakit okeanla Kolumbiya və Peru arasında yerləşir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR