Ermənilərin artilleriya zərbələri nəticəsində Ağcabədi ərazisinə 100-dək mərmi düşüb

eaf22252a8196c82af930dda78e189b7Ötən gecə ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində Ağcabədi rayonuna 100-dək mərmi düşüb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov deyib.

Mərmilərdən 50-nin Qaraxanlı kəndi ərazisinə düşdüyünü açıqlayan İH başçısı 35 həyətyanı sahəyə mərmi düşməsi nəticəsində 19 evin yararsız hala düşdüyünü deyib.

Həmin evlərdən biri tamilə yanıb.

Ş.Məmmədov bildirib ki, Ermənistan silahlı qüvvələri mülki əhalini hədəfə alıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR