Ermənilərin atəşkəsi pozması nəticəsində bir mülki şəxs ölüb, biri isə yaralanıb

4973b61339c6f38a86d5d772b4c5e9b7Erməni silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozması nəticəsində bir nəfər sakin həlak olub, biri isə yaralanıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, ermənilərin ötən gecə ağır arteleriyyadan açdığı atəş nəticəsində Tərtərin Qarağacı kəndində məckunlaşmış məcburi köçkün Cəlal Rəhimovun yaşadığı evə mərmi düşüb. Nəticədə C. Rəhimov həlak olub, onun oğlu Orxan Rəhimov isə ayaqlarını itirib.

Ağdamın Baharlı qəsəbəsində isə icra nümayəndəsinin müavini Muxtar Məmmədovun evinə mərmi düşüb, xəsarət alan yoxdur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR