“Ermənistanda 1921-ci ildən bəri Rusiya siyasətinə qarşı ilk iri etiraz aksiyası keçirilir”

Armenia_miting_220213“Aprelin 13-də Rusiya səfirliyi qarşısında keçirilmiş etiraz aksiyası 1921-ci ildən bəri yeni erməni tarixində Ermənistanda Rusiya siyasətinə qarşı ilk iri etiraz aksiyasıdır”.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu ermənistanlı kinorejissor Tiqran Xzmalyan deyib.

Onun sözlərinə görə, Ermənistan xalqı yeganə xalqdır ki, 100 il ərzində öz cəlladlarını mədh edir və ona simpatiya duyur.

Kinorejissor qeyd edib ki, hazırda siyasi alternativ yaratmaq lazımdır: “Etiraz aksiyasındakı gənclərin maraqlarını təmsil edəcək bu siyasət Avropaya doğru istiqamət götürəcək”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR