Eros Ramazzotti Bakıda ilk dəfə konsert verdi – FOTO

eros_ramazzotti_3İtalyan müğənni tamaşaçıları Azərbaycan dilində salamlayıb.

Məşhur italyan müğənni Eros Ramazzotti Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edib.

Oxu.Az xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan konsert Bakı Kristal Zalında keçirilib. Müğənni tamaşaçıları Azərbaycan dilində salamlayıb.

Eros Ramazzottinin paytaxtımızda ötən gecə verdiyi ilk konserti onun “Perfetto” dünya turu çərçivəsində təşkil olunub.

Müğənnini dinləməyə gələnlər arasında  şou-biznes nümayəndələri, dövlət adamları və digər sahələrin tanınmış simaları da yer alıblar.

Konsertdən əvvəl prodüser Tolik, müğənnilər Sevil və Sevinc Əliyeva bacıları italyan dünya ulduzu ilə fotolar çəkdiriblər və Eros Ramazzottinin dünya şöhrətli müğənni olmasına baxmayaraq, çox sadə və səmimi olduğunu vurğulayıblar.

Konsetin təşkilinin texniki dəstəkçisi “A+A Events” şirkətidir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR