“Facebook”da canlı yayım funksiyası istifadəyə verildi

fab92716c59813fcce4fed220f078f4f“Facebook” sosial şəbəkəsində yeni funksiya – “Facebook Live” istifadəyə verilib.

İKT.lent.az-ın xəbərinə görə, yeni funksiyanı tətbiq etmək üçün Mark Zukerberq sosial şəbəkədə canlı yayıma çıxıb. O bildirib ki, yeni funksiya istər məşhurlar (aktyor, musiqiçi, idmançı, siyasətçi), istərsə də adi istifadəçilər üçün faydalı olacaq.

Videoyayımı istər şəbəkənin xəbər lentində, istərsə də bir qrup istifadəçi ilə paylaşmaq mümkündür. Qrup halında yayım, dostları baxışa dəvət etmək və videoya operativ şəkildə reaksiya bildirmək olur.

Qeyd edək ki, “Facebook”un yeni funksiyası “Twitter”in canlı yayım proqramı olan “Periscope”la rəqabətə girəcək

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR