“Facebook”un gəliri kəskin artıb

6c032cd9beb160fff8868bb59df3da7c“Facebook” 2016-cı ilin ilk rübünə aid maliyyə hesabatını açıqlayıb.

İKT.lent.az-ın “The Wall Street Journal” qəzetinə istinadən verdiyi məlumata görə, şirkətin gəlirləri ciddi şəkildə artıb.

Belə ki, ilk rübdə “Facebook” 1,51 milyard dollar xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövründə əldə olunmuş mənfəətdən 512 milyon dollar çoxdur. Gəlirlər isə 3,54 milyard dollardan 5,38 milyarda yüksəlib.

“Facebook”un əsas gəlir mənbəyi reklamlardır. Reklam gəlirlərinin böyük hissəsi mobil əlavələrdən əldə edilir. “İnstagram”ın da hesabına bu sahədə gəlirlərin artacağı gözlənilir.

Hesabatın açıqlanmasından sonra Facebook”un səhmlərinin dəyəri 9,5% artıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR