Google-dan onları unutmasını xahiş edirlər

img2052864Google şirkətinin “unudulma haqqı”ndan istifadə etmək istəyən on minlərlə vətəndaş şirkətə müraciət edib.

Son olaraq müraciət edənlərin sayı 145 min nəfərdir. “Unudulma haqqı” əslində insanların google nəticələrindən adlarının silinməsi tələbini ehtiva edir. Google bu günə qədər daxil olan tələblərin 41.8 faizini həyata keçirib. Müraciət edənlərin ümumi statistikası göstərir ki, bu sahədə Fransa birinci yerdədir(29 bin 10 nəfər). İkinci sırada isə 25 bin 78 tələblə

Almaniya dayanır. “Unudulma haqqı”nın detallarına gəlincə, insanlar özləri barədə məlumatları ancaq google-ın axtarış nəticələrindən sildirə bilirlər, ümumən həmin səhifələri sildirə bilmirlər. Türkiyə və Azərbaycan Avropa Birliyi üzvü olmadığı üçün bu xidmətdən faydalana bilməz.
Musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR