Günahsız həkimlərdən də söz açın!..

operaciya-po-udaleniyu-gryzhi-pozvononikaBu gün cəmiyyətin ən çox tənqid olunan təbəqələrindən biri də həkimlərdir. Xəstələrin qohumları məhz onları tənqidə məruz qoyur, diqqətsizlik və səhlənkarlıqda ittiham edir… Lakin bəzən bu ittihamlar əsassız da ola bilir. Bu günlərdə Qafqaznews.az-a Tovuz sakini Vahid Bayramov müraciət edib. Onun sözlərinə görə, onun oğlu Məcid Bayramov yol-nəqliyyat hadisəsində xəsarət alıb.

“Onun ayağı zədələnmişdi. 2013-cü il oktyabrın 19-da oğluma “Farm Qafur” klinikasında əməliyyat etdilər. Oğlumu Firdovsi Məmmədov əməliyyat edib. Əməliyyat üçün F.Məmmədova 1200 manat ödəmişəm. Amma əməliyyat uğursuz oldu. Oğlumun ayağındakı yara çürüməyə başladı”, – deyə V.Bayramov vurğuladı.

O, gəncədəki cərrahlara müraciət etdiyini, bunun nisbətən uğurlu olduğunu dedi: “Amma oğlumun yekun sağalması üçün daha iki əməliyyat aparılmalıdır.

“Dobromed”in mütəxəssisləri bu əməliyyatı edə bilirlər, amma əməliyyat üçün beş min manat lazımdır. Mənim bu gün bu qədər pulum yoxdur”.

“Firdovsi Məmmədovdan Səhiyyə Nazirliyinə müraciət etmisinizmi?” – deyə soruşduq.

“Bəli, yoxlama işi nazirlik nümayəndəsi Nurəddin müəllimə tapşırıldı. O, gəlib vəziyyətlə tanış oldu və Firdovsi Məmmədova tapşırdı ki, oğlumun yeni əməliyyatlarının xərclərini üzərinə götürsün. Firdovsi də razılaşdı. Amma sonra bizi aldatdı”, – deyə V.Bayramov kavkaznews.az saytına bildirib.

Biz Firovsi Məmmədovun fikrini öyrənməyə çalışdıq. O, Məcid Bayramovu əməliyyat etdiyini təsdiqlədi.

“Vahid Bayramov ölkənin baş prokuroru Zakir Qaralova da müraciət etmişdi. Prokurorluq araşdırma apardı və mənə haqq qazandırdı. Onda Vahid Bayramov məni məhkəməyə vermişdi, məhkəmə də mənim xeyrimə qərar çıxardı”, – deyə həkim bildirdi.

Vahid Bayramovun söz açdığı Nurəddin müəllimlə (soyadını bildirmədi – red.) də əlaqə saxladıq.

“Biz Vahid Bayramovun şikayətini araşdırdıq. Məcid Bayramova ən yaxşı mütəxəssislərimiz baxdılar. Hər şey gipsi çıxarandan sonra baş verib. Gips Bayramovlar ailəsinin tələbi ilə çıxarılıb”, – deyə Nurəddin müəllim bildirib.

“Bəli, gips bizim xahişimizə çıxarılıb. Amma gips uğursuz əməliyyat nəticəsində oğlumun ayağı çürüyəndən sonra çıxarılıb”, – deyə V.Bayramov nazirlik nümayəndəsinin sözlərini şərh edib.

Rəşad Rüstəmov

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR