Günün qoroskopu: ehtiyatlı davranın

img2038647QOÇ – İxtiyarınızda olan bu təqvimdə bacardığınız qədər təmkin nümayiş etdirməyə çalışın. Yaxşı olar ki, yorucu işlərə ara verib istirahət edə, həzin bir musiqiyə qulaq asasınız.
BUĞA – Əşyalarla, xüsusən də elektrik cihazları ilə ehtiyatlı davranın. Əks təqdirdə, xəsarət ala bilərsiniz. Axşama yaxın əsəblərinizi sakitləşdirmək üçün gəzintiyə çıxın.
ƏKİZLƏR – Əgər bu ayı səmərəli şəkildə yekunlaşdırmaq fikriniz varsa, bu gün ciddi ölçü götürməlisiniz. Xəyallar qoynundan düşüb real addımlar atın. Gün ərzində müştərək fəaliyyətlə məşğulluq uğurludur.
XƏRÇƏNG – Bir qədər gərgin situasiyalara cəlb oluna bilərsiniz. Odur ki, iş yerində və ayrı-ayrı şəxslərlə davranışlarınızı tənzimləməlisiniz. Ağlınız kəsməyən işlərə girişməyin.
ŞİR – Fəaliyyətdə aktivlik olmadığını nəzərə alıb müqəddəs ziyarətgahlardan birinə baş çəkin, dualarınızı əskik etməyin. Bu gün şəxsi həyatınızda böyük irəliləyişlər start götürməlidir.
QIZ – Dünya niyə xoşunuza gəlmir? Bəlkə səbəbi təbiətdə deyil, insanlarda və daha çox da özünüzdə arayasınız?! İxtiyarınızda olan bu təqvimdə yalnız bu barədə düşünün ki, nicat tapasınız.
TƏRƏZİ – Yeni əlaqələr yaratmaq fikriniz varsa, saat 15-ə qədər əzmkarlığınızı artırın. Söhbət və müzakirələr zamanı özünüzü qürurlu aparmağa çalışın. Sonrakı saatlarda istirahət edin.
ƏQRƏB – Planetlərin bürcünüzdəki neqativ düzülüşü səhhətinizə mənfi təsir göstərə bilər. Odur ki, ehtiyatlı davranış, qidalara xüsusi diqqət yetirmək sizin üçün vacibdir. Yeni işlərə başlamayın.
OXATAN – Gileylərinizi qabartmayın. Özünüzü təmkinli, eyni zamanda qürurlu göstərin. Düşünülməmiş qərar çıxarmaq, risk etmək sizə uğur gətirməyəcək. Sevgi amilinə xüsusi diqqət ayırın.
OĞLAQ – Ehtiyatlı olun. Göy qübbəsi ciddi yanlışlığa yol verə biləcəyinizi bəyan edir. Mövcud situasiyaları kontrolda saxlamağa çalışın. Ürəyinizcə olmayan təklifləri düşünmədən təxirə salın.
SUTÖKƏN – Maliyyə sövdələşmələrində iştirak etmək üçün ideal gündür. Şəxsi büdcənizi artırmaqdan ötrü bir az siyasətçi olun. Axşama yaxın çoxdan görmədiyiniz adamlarla rastlaşacaqsınız.
BALIQLAR – Görəcəyiniz işləri əvvəlcədən konkretləşdirin. Təbiətin bu gözəl ərəfəsi karyeranız üçün həddindən ziyadə uğurlu olacaq. Amma bugünkü vaxtınızı konkret olaraq sevgiyə həsr etməyə çalışın.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR