“Həkim dedi ki, 5 il ərzində əziyyət çəkəcəksən” – Hacı Nuran

244321Uzun müddətdir xərçəngdən əziyyət çəkən və Almaniyada müalicə alan aparıcı Hacı Nuran “5-ci element” verilişinin qonağı olub. Axşam.az-ın məlumatına görə, aparıcı xəstəliyindən, başına gələnlərdən bəhs edib:
“Xəstəlik elədir ki, kimyaterapeya almalıyam. Həmin ərəfədə saçlarım tökülür, bədənim şişir. Həkim demişdi ki, 5 il ərzində əziyyət çəkəcəksən. Doğrudan da elə oldu. Bir ildən sonra beşinci il tamam olur.
Yaxşı oldu ki, bu ərəfədə Azərbaycanda qalmadım. Çünki çox şişirəm, saçım tökülür. İnsanların məni bu halda görməsini istəmirəm. Valideynlərimin dünyasını dəyişməsindən sonra mən xəstələndim. Stresdən məndə bu şiş yarandı. İlk diaqnozu özüm qoydum. Həkim təsdiqləyəndə bir gün şok yaşadım, amma sonra qəbul etdim.
Xaricə gedəndən sonra bir müddət heç kimə demədim. Düşündüm ki, tez sağalıb qayıdaram. Bəhram Bağırzadə gəlmişdi yanıma, dedi, halallıq ver, hamıya yayım. Özümü pis hiss edirdim, dedim, nə istəyirsən et. Sonra hamı bildi, adi insanların köməyi, duası məni ayağa qaldırdı. Cənab prezident Heydər Əliyev Fonduna tapşırıq verdi və mənə kömək etdilər. Bütün ödəmələri onlar edir. Böyük məbləğlərdi, dövlətin dəstəyi olmasa indi burada oturmazdım”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR