Atəş “Cəbhət ən-Nüsrə” yaraqlıları tərəfindən aparılıb
Rusiyanın Hələbdəki baş konsulluğu minaatanlardan atəşə məruz qalıb, ölən və xəsarət alan yoxdur.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
“Aprelin 28-də Moskva vaxtı ilə saat 15.00-da Rusiyanın Hələbdəki baş konsulluğu minaatanlardan atəşə məruz qalıb. Rusiyanın xarici müəssisəsinin ərazisinə bir mina düşüb, daha üç mina isə hasarın xaricində partlayıb. Ölən və xəsarət alan yoxdur”, – nazirliyin məlumatında deyilir.
Rusiyanın Hələbdəki baş konsulluğu 2013-cü ilin yanvar ayından fəaliyyətini dayandırıb, əməkdaşların bir hissəsi təxliyyə edilib, bir hissəsi isə Dəməşqə köçürülüb.
XİN-də atəşin “Cəbhət ən-Nüsrə” və onunla müttəfiq qrupların yaraqlıları tərəfindən aparıldığı qeyd edilib.