Hafiz Məmmədova daha bir zərbə

243766AFFA İntizam Komitəsi “Bakı” klubunun 15 yaşadək komandasını çempionatdan kənarlaşdırıb

Qaynarinfo.az xəbər verir ki, aprelin 19-da “Xəzər Lənkəran”la oyunda bu komanda iştirak etməyib və qaydalara əsasən 0:3 hesablı texniki məğlubiyyət alıb. Bu hal 3-cü dəfə təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırılıb.

Qeyd edək ki, bu klub “Hafka” ləqəbi ilə tanınan naxçıvanlı iş adamı Hafiz Məmmədovundur. Onun I dəstədə çıxış edən əsas komandasının da vəziyyəti maliyyə durumuna görə ağırdır və 3 dəfə FİFA tərəfindən cəzalandırılaraq 9 xalı silinib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR