Əhməd Davudoğlu: “Terror hücumları bizi yolumuzdan döndərməyəcək”

c6b05f035cbd1986d0ee996398f2a75e“Bu hücumlar Türkiyəni qəti mövqeyindən geri döndərməyəcək. Harada, nə şəkildə olursa olsun terrorizm və terror fəaliyyətlərinə qarşı mübarizəmizi davam etdirəcəyik”.

APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib.

“Bu gün Bursada terror hücumu həyata keçirilib, 8 vətəndaşımız yaralanıb. Bursada baş verən terror aktı ölkəmizə, xalqımıza qarşı olan bir hücumdur. Çox şükür ki, ağır yaralı vətəndaşımız yoxdur. Partlayışı törədən terrorçu ölüb, onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bu terror aktının arxasında kimlərin durduğundan asılı olmayaraq, Türkiyə lazımi tədbirləri görəcək. Terror hücumları bizi yolumuzdan döndərməyəcək”, deyə Ə.Davudoğlu vurğulayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR