İbn Sinanın XI əsrdə verdiyi elmi proqnoz öz təsdiqini tapdı

21454Orta əsr İslam Şərqinin ən nəhəng alimlərindən olan,  təbib, filosof İbn Sinanın böyük ulduz partlamasına aid yazıları əldə edilib.
Moderator.az türk mediasına istinadən xəbər verir ki, ABŞ universitetlərinin birindən almaniyalı astronavtlar tərəfindən əldə edilən həmin yazılar İbn Sinanın məşhur “Şəfa” kitabının tərkib hissələri olub və XI əsrin əvvəllərindəki böyük ulduz partlamasından bəhs edib.
Alimlər həmin qeydlərə əsasən ulduz partlayışlarına aid maraqlı faktların şahidi olublar. Belə ki, İbn Sinanın uzaq XI əsrdə verdiyi astroloji proqnozlar, ulduz partlamalarının mahiyyəti bu günün elmi yanaşması ilə tamamilə səsləşir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR