İlham Əliyev: Ermənistanın atom elektrik stansiyası region üçün birbaşa təhlükə doğurur

ilham_aliyev_main_181114_11Ermənistanın atom elektrik stansiyası region üçün birbaşa təhlükə doğurur. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammitində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib: “Diqqətinizi yönəltmək istədiyim digər bir məsələ isə Ermənistanın 1976-cı ildə inşa edilmiş, köhnəlmiş atom elektrik stansiyasının istismarı ilə bağlıdır. Bu stansiya köhnələn reaktorunu soyutmaq üçün su qıtlığı yaşanan çox seysmik bir zonada yerləşir və region üçün birbaşa təhlükə doğurur”.

İlham Əliyev bildirib ki, elektrik stansiyasını istismardan çıxarmaq əvəzinə, Ermənistan onu 2026-cı ilə qədər istismar etməyi planlaşdırır: “Bu isə o deməkdir ki, bütöv region, o cümlədən Ermənistanın özü də növbəti on il ərzində təhlükə içində yaşayacaqdır. Mən beynəlxalq birliyin diqqətini bu məsələyə yönəltmək istəyirəm ki, elektrik stansiyasının fəaliyyətinin dayandırılması və beynəlxalq ictimaiyyətin gözlədiyi qayda və prosedurlara əməl edilməsi üçün Ermənistana təzyiq göstərsin”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR