İnsanların yalan danışdığı mövzular

is_gorusmesi_02412Psixoloqlar insanların ən çox hansı mövzularda yalan danışdıqlarını araşdırıblar

Qafqaznews.az publika.az-a istinadən bildirir ki, sorğu zamanı qadınların yalana kişilərdən daha çox müraciət etdiyi, ancaq bu yalanların çoxunun zərərsiz olduğu ortaya çıxıb. Belə ki, qadınlar 55 faiz halda qarşı tərəfin özünü pis hiss etməməsi üçün yalan danışır.

Statistikaya görə, insanlar ən çox yemək süfrəsində yalan danışmalı olurlar. Bir çox insan qonaq getdiyi evdə yeməyi bəyənməsə də dadlı olduğunu deyir.

İş görüşmələri zamanı da yalana ehtiyac duyanlar çox olur. Bir çox insan isə maaşı soruşularkən və ya kredit alarkən tez-tez yalana müraciət edir. Psixoloqlar bildiriblər ki, bu sorğu bir həqiqəti də təsdiq edib: yaşlandıqca daha az yalan danışırıq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR