İrəvanda Robert Koçaryanın evinə qumbara atdılar

kocaryanİrəvanda Ermənistanın sabiq prezidenti Robert Koçaryanın evinə hücum edilib.

APA TV-nin Ermənistan mənbələrinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan polisinin ictimaiyyətlə əlaqələr üzrə idarəsinin rəisi Aşot Aqaronyan bildirib.

İlkin məlumata əsəsən, Koçaryanın evinə qumbara atılıb. Polis nümayəndəsi bildirib ki, hadisə yerində operativ qrup işləyir. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

R.Koçaryanın mətbuat katibi Viktor Soqomonyan açıqlayıb ki, sabiq prezident Robert Koçaryanın evinə edilən hücum zamanı zərərçəkən olmayıb. Onun sözlərinə görə, Rusiyanın “Sistema” səhmdar-maliyyə korporasiyasının Şura üzvü olan R.Koçaryan hazırda Moskvadadır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR