İranda parlament seçkilərinin ikinci turu keçirilib

42831f21e5fbca9c45c35f3cf4d4ce5eİranın 21 vilayətində İslam Şurası Məclisinə seçkilərin ikinci turu başa çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, səsvermənin ilkin nəticələri aprelin 30-da elan olunacaq.

Seçkilərin ikinci mərhələsində 136 namizəd 68 mandat uğrunda mübarizə aparıb.

Qeyd edək ki, İranda parlament seçkiləri fevralın 26-da keçirilib, İslam Şurası Məclisindəki 290 yerə 221 deputat seçilə bilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR