İstanbulda terror hadisəsinin qarşısı alınıb

turkey_police_090316İstanbulda terror hadisəsinin qarşısı alınıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin “Milliyet” qəzeti yazıb.

Polisə İstanbul tunellərindən birində atılmış motosikl olması barədə məlumat daxil olub. Həmin yerə dərhal polis qüvvələri və minazərərsizləşdirən heyət cəlb olunub.

Əməliyyat nəticəsində motosikldə əldə düzəltmə partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR