İt pəncəsini itirdi, “qəhrəmanlığa görə” mükafatını aldı

img2048922Lukka ləqəbli çoban iti Əfqanıstan və İraqda gedən döyüşlər zamanı pəncəsini itirdiyi üçün “Mariya Dikin” mükafatı ilə təltif olunub.
Bu isə Böyük Britaniyada heyvanlar üçün ən ali mükafat hesab edilir. Medalın təqdimetmə mərasimi Londonda keçirilib. 12 yaşlı it tədbirə öz sahibi, serjant Kris Uillinqlə qatlıb.
Çoban iti 6 il boyunca ABŞ-dakı hərbi dəniz gəmisində qulluq edib. 2012-ci ildə Əfqanıstandakı bombanı aşkar edən zaman pəncəsini itirib. Bundan sonra it təqaüdə göndərilib.
Sahibi deyib ki, hazırda it də, özü də Kaliforniyada yaşayırlar. Lukka 1943-cü ildə təsis olunmuş mükafatı alanlardan 67-cisi olub. Gümüşdən hazırlanan mükafatın üzərində “Qəhrəmanlığa görə”, “Biz də qulluq edirik” sözləri yazılıb. Mükafatı bir qayda olaraq London meri təqdim edir. Müxtəlif illərdə onu itlər, pişiklər, atlar və göyərçinlər əldə edib.
Musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR