Jirinovskinin bu arzusu reallaşmayacaq

vladimir_jirinovski_005Rusiya Dövlət Dumasının Dövlət Quruculuğu Komitəsi Mixail Qorbaçov və Boris Yeltsinin siyasi fəaliyyətinin ölkə üçün dağıdıcı olması ilə bağlı təqdim edilən qanun layihəsini qəbul etməyib.

Qafqaznews.az axar.az-a istinadən bildirir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Qanun layihəsi yenidən baxılması üçün Liberal Demokrat Partiyasına göndərilib.

Qeyd edək ki, bu qanun layihəsinin əsas liderlərindən biri LDP-nin lideri Vladimir Jirinovski hesab edilir. O, hər iki lideri SSRİ-ni məhv etməkdə, çoxsaylı hərbi konfliktlər yaratmaqda günahlandırır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR