Kolumbiyada üsyançılar neft kəmərini partladıb

8a97f3761db91a704cf248f4d7935bc8Kolumbiyada üsyançı  “Milli Azadliq Ordusu”-nun (ELN) silahlıları ölkənin sayca ikinci ən iri neft kəmərini partladıblar.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, “Ecopetrol” dövlət neft şirkətinə məxsus neft kəməri ölkənin şimal-şərq bölgəsindəki Arauka departamentində partladılıb.

İnsident nəticəsində neft məhsulları Venesuela ilə sərhəddəki Bohaba çayına axıb. Hazırda partlayışın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.

Qeyd edək ki, “Milli Azadlıq Ordusu” “Kolumbiya inqilabi silahlı qüvvələri”ndən (FARC) sonra sayca ən iri üsyançı qruplaşmasıdır. Hər iki qruplaşma ABŞ və Avropa İttifaqı tərəfindən terror təşkilatları siyahısına salınıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR