Kredit götürən şəxs ölərsə, borc kimlərdən tutula bilər?- ŞƏRH

65771Cəlilabad sakini Firudin Əliyev 2014 – cü ildə Kapital Bankdan 1600 manat kredit götürüb. 1600 manatın 200 manatını bədbəxt hadisələrə qarşı həyat sığorta haqqına görə tutulub. Kreditin ödənilməsinin 9 – cu ayında borc alan dünyasını dəyişib. Mərhumun oğlu Bəhruz Əliyev atasının ölüm şəhadətnaməsin sığorta şirkətinə təqdim edib. Sığorta şirkəti krediti tam bağlamadığından Kapital Bank mərhumun ailəsinə zəng vuraraq 600 manat borcun yarandığını bildirib. Kapital Bank mərhumun oğlu Bəhruz Əliyeva zəng edərək borcu ailəsindən və zamindən tələb edir.

Moderator.az baş vermiş hadisə ilə bağlı Mərkəzi Bankın qanunvericilik şöbəsinin eks rəisi, vəkil Əkrəm Həsənovun mövqeyini öyrənib:
“Dünyasını dəyişən borclunun sığortası olduğu üçün təbbi ki, onun borcunu sığorta şirkəti bağlamalıdır.
Onun sığortası olmasaydı belə borcu zamindən tələb etmək doğru deyil. Çünki Ali Məhkəmənin qərarı var, borclu öldüsə təminata xitam verilir. Ölüm halı şəraitin əhəmiyyətini dəyişir. Ailə üzvləri də borcu ödəməyə məsul ola bilməz. Vərəsələr yalnız qəbul etdikləri mirasın əmlak həddində mərhumun borclarına cavabdehdir.”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR