​Kubanın əvəzedilməz lideri ictimaiyyət arasında görünüb

a9169c67-a1a0-4955-8f9b-94c4b8da7b6c_292Kuba inqilabının lideri, 89 yaşlı Fidel Kastro son 8 ayda ilk dəfə ictimaiyyət arasında görünüb.

“Report” xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.

O, ölkə paytaxtı Havanada inqilab qəhrəmanı Vilma Espin adına təhsil kompleksinin açılışında ictimaiyyət arasında görünüb. 2007-ci ildə vəfat edən Vilma Espin əslən Fransadandır. 1959-cu ildə Kubada inqilabda iştirak edib. Kubanın indiki lideri Raul Kastronun həyat yoldaşı olub. Məlumata görə, bu vaxtadək Fidel Kastro 2015-ci ilin avqustunda Venesuela və Boliviya prezidentləri ilə birlikdə kameralar qarşısında görünmüşdü.

Qeyd edək ki, o, 1959-cu ildən Kubanın əvəzedilməz lideri olaraq qalmaqdadır. 2006-cı ildə Fidel Kastro Kuba Kommunist Partiyasının sədri vəzifəsi istisna olmaqla bütün səlahiyyətlətlərini kiçik qardaşı Raul Kastroya təhvil verib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR