Luis Suares Messi, Ronaldu, Raul və İbrahimoviçi qabaqladı

luis_suares_306357Çempionlar Liqasının 2015/16 mövsümünün 1/4 final mərhələsinin ilk oyununda “Atletiko” ilə qarşılaşan (2:1) “Barselona”nın hücumçusu Luis Suares dublla yadda qaldı.

Qafqaznews.az apasport.az-a istinadən xəbər verir ki, uruqvaylı hücumçu bununla da qitənin ən nüfuzlu klub turnirində qollarının sayını 15-ə çatdırıb.

O, bu göstəriciyə 23-cü matçında çatıb.

Maraqlıdır ki, 29 yaşlı futbolçu 15 qol həddini Messi (29 oyun), Raul (33), Kriştianu Ronaldu (51) və Zlatan İbrahimoviçdən (58) daha az matçda meydana çıxaraq keçib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR