Məleykə Əsədovadan xanımlara məsləhət

meleyke_esedova_077Xalq artisti Məleykə Əsədova xanımlara pəhrizlə bağlı məsləhətlər verib.

Qafqaznews.az axşam.az-a istinadən bildirir ki, aktrisa “Hər şey daxil” verilişində formada qalma sirrlərini açıqlayıb:

“Pəhriz zərərlidir. Sağlam qidalanmaq lazımdır. Mən yeməksiz qalmıram. Gecə saatlarında da yeməliyəm. Əgər kökəlməyə meyillisinizsə, yeməkləri qarışdırmayın. Şorba içəndə, yanında heç nə olmaz. Çörəyi ancaq səhərlər yeyin. Bir müddətdən sonra isə tamamilə imtina edin. Gündə beş dəfə az-az yeyin. Gecə oturub bir kiloqram meyvə yeməklə arıqlamaq olmur. Meyvə də kökəldir. Onu da yemək əvəzi qəbul etmək lazımdır”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR