Mənzil İnşaatı Dövlət Agentliyinə direktor təyin edilib

13e9ea90d81ccb149a5f92fbf691de8aNuriyev əvvəllər “İçərişəhər” qoruğunun rəhbəri olub

Azərbaycan Prezidenti İlham Əliyev Samir Nuriyevin Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə Qafqaznews.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

Prezidentin digər bir sərəncamı ilə Samir Nuriyev yeni yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru təyin edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR