Misir televiziyasında Dağlıq Qarabağla bağlı veriliş yayımlanıb-VİDEO

СнимокPolitoloq Azərbaycanın haqlı olduğuna diqqət çəkib

Misir telekanalı Aprelin 10-da Misirin nüfuzlu və geniş auditoriyasına malik “Dream” kanalında “Birinci buraxılış” adlı proqramın aparıcısı, politoloq Əhməd Muslimani sözügedən kanalda canlı yayımda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışaraq, Misir ictimaiyyətinin diqqətini Azərbaycanın bu münaqişədə haqlı olduğuna çəkib.

Politoloq Ermənistanla Azərbaycan arasında baş verən son toqquşmaların beynəlxalq ictimaiyyətin diqqətini özünə çəkdiyini qeyd edərək, proqramda Azərbaycan xəritəsini əlindəki kağızda çəkərək, Azərbaycana qonşu olan ölkələrin adlarını və yerləşdikləri mövqeləri göstərmiş, daha sonra Dağlıq Qarabağ sözünün Azərbaycan dili mənşəli olduğunu və “qara bağ” mənasını daşıdığını, eyni zamanda Azərbaycanın sərhədləri daxilində olduğunu diqqətə çatdıraraq, qonşu Ermənistan tərəfindən işğal olunduğunu açıq-aşkar şəkildə ifadə edib.

Ə.Muslimani Azərbaycan tərəfinin həmçinin, münaqişənin dondurularaq bu şəkildə davam etməsini istəmədiyini, əksinə sülh danışıqları ilə tezliklə həll olunaraq, Ermənistan silahlı qüvvələrin işğal olunmuş əraziləri tərk etməsini və bir milyon qaçqının öz doğma torpaqlarına qayıtmasını istədiyini bildirib. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR