Monopolistlər ictimai qınaqdan zərrə qədər çəkinmir? – ARAŞDIRMA (VİDEO,AUDİO)

Безымянный copyDövlət Əmək Müfəttişliyi media qurumunun müraciətini araşdırmaqdan imtina edir…

Martın 14-də Qafqaznews.az saytında “ASAN Xidmət əmək hüquqlarının pozulmasına göz yumur?” başlıqlı yazı dərc olunmuşdu. Yazıda qeyd olunurdu ki, Qafqaznews.az saytına daxil olan məlumata görə, ölkədə müxtəlif mədəniyyət tədbirlərinə bilet satışı ilə məşğul olan və ASAN Xidmət filiallarında nümayəndələri vasitəsilə satış həyata keçirən “UR Style”MMC əmək qanunvericiliyini pozur. Belə ki, həmin şirkətin işçiləri ilə əmək müqaviləsi bağlamadığı barədə məlumat əldə etmiş12047673_952968064769436_60693974_nik. Bu məlumatı dəqiqləşdirmək üçün, ASAN Xidmətin Nərimanov rayonunda yerləşən 1 saylı, Xətai rayonundakı 2 saylı, Yasamal rayonundakı 3 saylı, Sabunçu rayonunda 4 saylı mərkəzlərinə baş çəkdik. Bu mərkəzlərin hamısında “UR Style” şirkətinin bilet satış məntəqələri var.

Bizim müxbirlə söhbət zamanı, “UR Style” şirkətinin əməkdaşları etiraf etdilər ki, onlarda şirkət əməkdaşı olduqlarını təsdiq edən vəsiqə yoxdur. Digər şirkətlərin nümayəndələrindən fərqli olaraq, ASAN Xidmətdəki “UR Style” şirkətinin əməkdaşları ad-soyad yazılan birkalar taxmırlar. “UR Style” şirkətinin meneceri Anar Rəhimov bu informasiyanı təkzib etdi.

12834579_1690343634558840_1223476780_n“Biz öz əməkdaşlarımızla müqavilə bağlamışıq”, – deyə Anar Rəhimov qafqaznews.az-a bildirib “Bəs niyə bu halda sizin əməkdaşlarınız onların sizin şirkətdə çalışdıqlarını sübut edən vəsiqə ilə təmin olunmayıblar?”, – deyə soruşduq. “Bizə yazılı şəkildə müraciət edin”, – deyə A.Rəhimov dəstəyi asdı. Bu diqaloq martın 14-də baş tutmuşdu. Həmin gün biz Dövlət Əmək Müfəttişliyinə də yazılı müraciət etmiş, məlumatın araşdırılmasını xahiş etmişdik. Həmçinin, hBezy-myanny-j-copy-12əmin şirkətin Azərbaycanda teatr tamaşaları satışında monopolist olması faktı ilə bağlı martın 17-də Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişdik. Kim və hansı əsasla “UR Style” şirkətinə Azərbaycan teatrlarının tamaşalarına bilet satışına “müstəsna hüquq” verib?

“Əgər “UR Style” teatr tamaşalarına bilet satırsa, bu gözəldir. Biletləri kimin satması bizi maraqlandırmır. Nazirlik üçün o vacibdir ki, tamaşaçı bu tamaşalara getsin”, – deyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi İntiqam Hümbətov bildirib. “Bəs biletlərin satışı üçün nazirlik tərəfindən tender keçirilibmi?” – deyə soruşduq. “Tender keçirmək nəyə lazımdır? Siz bu sualla teatrların özünə müraciət edin. Bu şirkət bilet satışı üçün teatrla müqavilə bağlayır”, – deyə İ.Hümbətov cavab verdi.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun fikrincə, əgər hansısa şirkət teatr tamaşalarının biletlərinin satışına təkbaşına nəzarət edirsə, bu o deməkdir ki, həmin şirkət monopolistdir (kavkaznews.az). Bu cür laqeyd yanaşmalar bizdə təəssüf doğursa da, yazının dərc olunmasından bir neçə gün sonra redaksiyamıza məlumat gəldi ki, ASAN Xidmət tərəfindən adıkeçən şirkətə xəbərdarlıq olunub və “UR Style”ın ASAN Xidmət mərkəzlərində oturan kassirlərinin birkalar taxması tələbi irəli sürülüb.

Apardığımız növbəti videoçəkiliş zamanı bir neçə xanım əməkdaşın birka taxdığını görsək də, oxucuların diqqətinə çatdırırıq ki, hələ də əksər əməkdaşların əmək müqaviləsi olmadan işlədiyi barədə məlumat öz aktuallığını qoruyur.

“Demək olar ki, heç bir kassirin “UR Style” MMC ilə əmək müqaviləsi yoxdur. Uzun illərdən bəri işləyən əməkdaşlar əmək müqaviləsi olmadan, ayda bir dəfə istirahət günü verilməklə işləyir. Aldığımız 400 manat maaşa görə heç yerə qol çəkmirik”, – deyə əməkdaşlardan biri bizə bildirib.

Aşağıda oxuculara təqdim etdiyimiz videogörüntülərdəki xanımların adlarını da bura yazırıq: Elmira Zamanova (Asan Xidmət İnqilab küçəsi, İlhamə Qasımova (ASAN Xidmət Yasamal rayonu), Gülyanaq Abbasova (“Azərbaycan” Kinoteatrının yanındakı kassa), Leyla Hacıverdiyeva (Hökumət Evi yanındakı kassa), Günay Axundova (“28 may” metrostansiyası yaxınlığında), Validə Sultanzadə (Nizami Kinoteatrındakı kassa). Aprelin 7-də bu adlar olan siyahını “UR style”-ın meneceri Anar Rəhimova da (telefon söhbətində sonra özünün istəyi ilə “yazılı surətdə” – red) göndərdik. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi ilə əlaqə saxlayaraq, martın 14-də göndərdiyimiz məktuba cavab verilib-verilməyəcəyini öyrənməyə çalışdıq.

DƏM-in baş məsləhətçisi, baş əmək müfəttişi Əlfida Mehdiyev əməkdaşımıza bildirdi ki, cavab məktubu artıq göndərilmək üçün bu gün ümumi şöbəyə verilib. “Amma qısaca sizə deyim ki, cənab prezidentin tapşırığına əsasən, ən az iki il ərzində biz özəl müəssisələrdə kompleks yoxlamalar keçirə bilmərik. Hazırda buna ixtiyarımız yoxdur”, – deyə Ə.Mehdiyev bildirdi.

“Biz sizə araşdırmaq üçün adlar və materiallar təqdim edə bilərik”, – deyə əməkdaşımız qeyd etdi. “Sizdə çox məlumat ola bilər, amma biz yalnız əmək hüququ pozulan şəxslərin müraciəti əsasında araşdırma apara bilərik. Məsələn, Məmmədov Əlinin ha12966502_1701767133416490_1115969548_n (2)nsısa şirkətdə əmək hüquqları pozulur, biz də ancaq onun ərizəsi ətrafında araşdırma aparırıq”, – deyə DƏM nümayəndəsi cavab verdi. Yazı sayta gedərkən, mobil telefonumuza zəng gəldi. Özünü “UR Style” şirkətinə hüquqi xidmət göstərən hüquqşünas Rasim Quliyev kimi təqdim edən şəxs bizə bildirdi: “Sizin adlarını təqdim etdiyiniz şəxslər bu şirkətdə əmək müqaviləsi əsasında çalışır, qanunvericiliyə əsasən istirahət günləri ilə təmin olunurlar. Maaş məsələsi konfidensialdır, onu sizə bildirmək istəmirik”.

Biz bu barədə hər hansı sənədin fotosurətini istədikdə, Rasim Quliyev səsini qaldırdı: “Biz sizə onu təqdim etməli deyilik və etməyəcəyik. Ancaq müvafiq dövlət orqanlarına, yoxlama olduğu halda Dövlət Əmək Müfəttişliyi, Sosial Müdafiə Fondu və ya Vergilər Nazirliyi əməkdaşlarına təqdim edə bilərik. Biz sizə əlavə məlumat vermək istəmirik”. “Həmin işçilərlə hansı vaxtlarda əmək müqaviləsi bağlandığını deməyinizi xahiş edirəm”, – deyə əməkdaşımız mədəni surətdə xahiş etsə də, qarşı tərəf təmkinsiz və əsəbi şəkildə “Sizə başqa heç bir məlumat verməyəcəyik”, – dedi. “Siz dediklərinizə görə məsuliyyət daşıyırsınız?” – deyə soruşduq.

“Mən niyə məsuliyyət daşımalıyam? Məsuliyyəti şirkət rəhbərliyi daşıyır”, – deyə Rasim Quliyev cavab verdi. Beləliklə, dövlət qayğısından və prezidentin tapşırıqlarından sui-istifadə edərək insanların əmək hüquqlarını pozan bütün iş adamlarının nəzərinə çatdırırıq: hansısa məmurla münasibətləri isti saxlamaq, beləcə də güclü görünmək olar… amma ictimai qınaqdan yayınmaq heç də asan olmayacaq. Araşdırmamız davam edir.

Sənan Məmmədli

Qafqaznews.az





  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR