MSK-nın yeni tərkibi (SİYAHI)

trend_msk_bina_mainMilli Məclisdə təmsil olunan bütün siyasi partiyalar və bitərəf deputatlar Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil olunacaq nümayəndələrinin siyahısını parlamentə təqdim ediblər.

Trend-in məlumatına görə, siyahıda Məzahir Pənahov, Natiq Məmmədov, Arifə Muxtarova, Mikayıl Rəhimov, Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, İlham Məmmədov, Nizami Nadirov, Qabil Orucov, Azər Tağıyev, Bəxşeyiş Əsgərov, Etibar Quliyev, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Hüseyn Paşayev və İlkin Şahbazovun adları var.

MSK-nın 2010-cu ildə formalaşdırılan tərkibindən Tamam Cəfərovanın və Akif Qurbanovun adları çıxarılıb, onların əvəzinə siyahıya H.Paşayev (YAP) və İ.Şahbazovun (Sosial Rifah Partiyası) adları əlavə olunub.

Məsələ Milli Məclisin aprelin 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR