Müdafiə Nazirliyi: Düşmənin döyüş texnikası, canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarılıb

20ebae87db01bc2e5983022a6945dbcc“Düşmənin döyüş texnikası, canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarılıb”.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Məlumata görə, erməni silahlı bölmələrinin təxribatlarının nəticəsində aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində yaranan gərginlik hələ də davam edir.

“Düşmən müdafiəsinin ön xəttində və dərinliyində cəmləşən hərbi hədəflərin koordinatları əvvəlcədən müəyyənləşdirilib, atəş gücü vasitəsilə edilən həmlələrimiz nəticəsində onun döyüş texnikası, xeyli sayda canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarılıb”, deyə qeyd edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR