Müğənni Mətanət ədliyyə nazirinə müraciət edib

metanet_esedovaMüğənni Mətanət Əsədova ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət ünvanlayıb.

Qafqaznews.az  verir ki, bu barədə report-a müğənninin özü məlumat verib.

M.Əsədova F.Məmmədova müraciətində bildirib ki, sosial şəbəkədə onu təhqir etməkdə təqsirləndiridiyi keçmiş NİDA-çı Elsevər Mürsəlli ilə bağlı məhkəmə işi uzadılır: “İşin araşdırılması bir il suni şəkildə uzadıldı. Əvvəl Nəsimi Rayon Məhkəməsinə müraciət etdik. İşi aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərdilər. Həmin məhkəmə də işin aidiyyətinin müəyyənləşdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərdi. Bakı Apellyasiya Məhkəməsi isə işə Xaçmaz Rayon Məhkəməsində baxılması barədə qərar qəbul etdi.

Mən ağır şəkildə təhqir və söyüşlərdən müdafiə olunmaq üçün nə qədər məhkəməyə getməliyəm?! Yenə də Elsevər Mürsəlli tərəfindən təhqir və təhdidlər davam edir.

Cənab nazir, xahiş edirəm ki, bu məsələnin hüquqi müstəvidə həllinə kömək göstərərdiz. Mən şərəf və ləyaqətimin qanunla qorunmasını tələb edirəm”.

Qeyd edək ki, E.Mürsəlli bir müddət əvvəl sosial şəbəkədə M.Əsədova haqqında qeyri-etik sözlər işlədib. Bununla bağlı müğənni Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. O, E.Mürsəlli barəsində Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə cinayət işinin başlanmasını istəyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR