“Muğanbank”dan bankın məsul şəxsi barəsində yaylan məlumatla bağlı açıqlama

mugan_bank_004Bir sıra KİV-də, “Muğanbank” ASC-nin məsul şəxsinə qarşı cinayət işinin açılması barədə məlumat yayılıb.

Qafqaznews.az bildirir ki, yayılan məlumata görə, “Muğanbank”-ın müştərisi bankdan kredit götürmüş və kredit üzrə öhdəliklərini yerinə yetirməmişdir. Bu səbəbdən tələb məhkəmə qaydasında kreditin təminatı olan ipoteka predmetinə (mənzilə) yönəldilmişdir. Məhkəmə zamanı müəyyən olunmuşdur ki, mənzilin mülkiyyətçisi adından Banka təqdim edilmiş etibarnamə saxtalaşdırılmışdır. Bu faktla bağlı Muğanbank məhkəmədən xüsusi qərardad çıxarılmasını və prokurorluğa məlumat verilməsini xahiş etmişdir.

Nəticədə “Muğanbank”-ın müraciətinə əsasən, bu fakt üzrə – müştərinin banka saxta sənəd təqdim etdiyinə görə cinayət işinin başlanması haqqında qərar çıxarılmış və iş hal hazırda istintaq mərhələsindədir.

“Muğanbank”-ın heç bir əməkdaşı və ya məsul şəxsi cinayət məsuliyyətinə cəlb olunmamışdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR