Nəsibə Zeynalovanın 100 illiyi qeyd olunacaq

c4eb5a4b27a3cea1f13515f8a9b9994eAzərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, böyük gülüş ustası, Dövlət mükafatı laureatı, xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi qeyd olunacaq

Musiqili Teatrdan Lent.az-a verilən məlumata görə tədbir aprelin 20-də keçiriləcək. Yubiley tədbirlərinin yüksək səviyyədə qeyd olunması ilə əlaqədar Azərbaycan prezidenti sərəncam imzalayıb.

Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib ki, Mədəniyyət və Turizm nazirliyi Azərbaycan Dövlət Musiqili Teatrı ilə birgə   N. Zeynalovanın 100 illik yubileyi ilə bağlı tədbirlər həyata keçirəcək. İlk tədbir aprelin 20-də baş tutacaq. Əvvəlcə sənətkarın Fəxri xiyabandakı məzarı ziyarət ediləcək. Noyabr ayında isə Musiqili Teatrında gülüş ustasının təntənəli yubiley gecəsi keçiriləcək.

Xatırladaq ki, Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakı şəhərində anadan olub. Əslən bakılı olan atası Kərbəlayi Cahangir dövrünün tanınmış tacirlərindən biri və aktyor olub. İki yaşında ikən atasını itirən Nəsibə Zeynalova onun yolunu davam elətdirərək aktyor peşəsini seçib və Azərbaycan teatr və kino sənətinin layiqli nümayəndələrindən biri kimi şöhrət qazanıb. Aktirsanın müxtəlif səhnə əsərlərində və filmlərdə yaratdığı bənzərsiz obrazlar onun adını Azərbaycan mədəniyyət tarixinə qızıl hərflərlə həkk edib. Nəsibə Zeynalova 10 mart 2004-cü il tarixində Bakı şəhərində vəfat edib.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR