NASA cəhənnəmi “tapdı”

img1991536Kənan Rövşənoğlu: “Bu cür cənnət-cəhənnəm “ünvanları” ciddi sayıla bilməz”

Cənnət və cəhənnəmlə bağlı müxtəlif zamanlarda müxtəlif fikirlər səslənmiş, ideyalar irəli sürülmüşdü. Ancaq indiyə kimi cənnət və cəhənnəmlə bağlı dəqiq heç bir məlumat olmayıb. Quranda belə cənnət və cəhənnəmin harada olduğuna dair bir işarə yoxdur.
Bugünlərdə NASA cəhənnəmi aşkar etdiyini iddia edib. Belə ki, NASA-da bir neçə il əvvəl “Tam məxfi” adı altında sensasiyalı məlumat saxlanılırdı. 9 avqust 1973-cü ildə astronavtlar “Skayleb – 2″ kosmik gəmisinin göyərtəsindən ABŞ kosmik araşdırmalar laboratoriyasının əməkdaşlarına son dərəcə heyrətləndirici məlumat ötürüblər. Məlumatda bildirilir: ”Cəhənnəm Günəşin ortasında yerləşir. Biz ölülərin necə yandığını görürük. Biz cəhənnəmi görürük”. Rabitə bir neçə dəqiqəyə kəsilir, bunun ardınca isə astronavtlar kosmik fəzadan uçuş üçün normal məlumatlar ötürürlər. Sanki bundan əvvəlki sensasiyalı xəbəri ötürən onlar olmayıb. NASA mütəxəssisləri bu hadisə ilə bağlı bütün şayiələri 16 il müddətində təkzib etdilər. Lakin 1985-ci ildə Amerikanın “Dünya elmi” jurnalı bu sirrin pərdələrini qaldırdı və bu məlumat dərc olundu. 1978-ci ilin avqustunda kosmik gəminin göyərtəsində yerləşən astronavtlar spektoqramın (spektrin foto şəkli) köməyi ilə günəş partlayışını araşdırırdılar və bütün dəyişikliklər fotolentdə öz əksini tapırdı. Bu müşahidələr zamanı Günəşdə olduqca güclü partlayış baş verir. Odlu kürənin içindən 800 min kilometr hündürlüyündə alov sütunu ucalır.
Bu maye axın gözlənilmədən heyrətdən şoka düşmüş müşahidəçilərin gözləri önündə sönür. Cihaz 70 saniyə ərzində dəhşətli yuxuya bənzəyən görüntüləri qeydə alır: Bu alovlu sütunda əbədi odda yanaraq əzab çəkən yüzlərlə insan siması peyda olur. Əvvəlcə astronavtlar bunun hallüsinasiya olduğunu düşünürlər, lakin bu üz cizgiləri çox dəqiq idi. Astronavtlar ateistlərin fərziyyə hesab etdiyi cəhənnəmi görürdülər. Jurnal iddia edir ki, hazırda amerikalıların 42 il əvvəl aldıqları bu məlumat çox diqqətlə araşdırılır. Bu sensasiyalı məlumatdan 10 il sonra bəzi Amerika nəşrləri oxuculara daha bir fantastik hadisə barədə yazıblar. Xüsusi hazırlanmış aparatdan və teleskopdan istifadə etməklə, NASA araşdırmaçıları fotolentə qəribə görüntülər çəkiblər: açıq kosmosda ölmüş insanların və heyvanların kabusları uçuşurdu. Bu hadisə rəsmi elm, parapsixologiya və din xadimləri arasında kəskin fikir ayrılığı yaradır. Lakin təkcə bir məqam onları birləşdirirdi: fotolar əsl idi! Rəsmi ekspertlər komissiyasının üzvlərindən biri belə deyir: “Biz kabusların varlığı barədə çoxdan bilirik. Hələ 1993-cü ilin mayında biz ”Xabl” teleskopunun köməyi ilə bu varlıqları kosmosda görə bilmişdik. Amma NASA rəhbərliyi və nümayəndəliyi bu bilgini məxfiləşdirmək qərarına gəldilər. Görüntüləri gizlətməkdə məqsəd insan formasında işıldayan obrazların nə olduğunu insanlara başa salmağın mümkünlüyünü gözləmək idi”.
Dini ekspert Kənan Rövşənoğlu müqəddəs kitabda cənnət və cəhənnəmin harada yerləşməsi barədə heç bir qeyd olmadığını dedi: “Cənnətin, cəhənnəmin harada olması mövzusu yeni olmasa da, bu mövzuda kiminsə yeni fikir söyləyəcəyini gözləmək inandırıcı deyil. Bu mövzuda əsas mənbə olan Qurani Kərimdə cəhənnəmin harada yerləşdiyi göstərilmir. Amma ayələrdə göstərilir ki, Yer kürəsi məhv edildikdən sonra insanlar haqq-hesab üçün dirilib yığılacaqlar. Bu hadisənin harada olacağı isə deyilmir. Bu səbəbdən də axirət mövzusu hər zaman insanları düşündürüb. Məsələn, fəlsəfəçilər cənnət və cəhənnəmin təsvirini nisbi hesab edir, önəmli olan ruhdur. Amma ilahiyyatçılara görə, hər şey Quranın təsvir etdiyi kimi olacaq. Yəni bu mövzuda da fərqli yanaşmalar var. Hətta bir neçə il əvvəl, deyəsən, ”Discover”y kanalı elmi və dini mənbələrə əsasən Adəm və Həvvanın olduğu cənnətin indiki Təbriz şəhəri olduğu ideyasını irəli sürmüşdülər. Amma təbii ki, bütün bunlar versiyalardır. Dəqiq bilgi İlahi bilgidir. O isə bu mövzuda məkan bilgisi vermir”.
K.Rövşənoğlu bildirdi ki, Allah diqqəti daha çox mahiyyətə cəlb edir, nəinki məkana: “Mənə görə Allah insanın diqqətini daha çox mahiyyətə cəlb edir, nəinki məkan və zamana. O səbəbdən də bu cür cənnət-cəhənnəm ”ünvanları” ciddi sayıla bilməz. Hətta bu barədə ən ciddi elmi mərkəzdən bildirilsə də ciddi hesab edilməməlidir”.
musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR