Nazirlikdən erməni meyitlərinin təhqir edilməsi iddialarına cavab

1460381666_0001Ermənistan tərəfinin guya Azərbaycan hərbçilərinin erməni əsgərlərinin meyitlərini təhqir etməsi barədə yaydığı məlumatlar həqiqəti əks etdirmir.

Qafqaznews.az xəbər verir ki, bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Qeyd olunub ki, Ermənistan tərəfi belə bəyanatlarla dünya ictimaiyyətinin diqqətini Dağlıq Qarabağ münaqişəsində yanlış tərəfə yönəltməyə, özlərinə haqq qazandırmağa və azərbaycanlıları vəhşilikdə ittiham etməyə çalışır:

“Azərbaycan Müdafiə Nazirliyi bəyan edir ki, erməni əsgərlərin meyitləri üzərində heç bir işgəncə və təhqiramiz hərəkət olmayıb”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR