Netanyahudan etiraf: “Suriyaya zərbələr endirmişik”

скачанные файлы (1)İsrailin baş naziri Benyamin Netanyahu ilk dəfə rəsmi olaraq etiraf edib ki, onun ölkəsi Suriya ərazisinə hava zərbələri endirib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, baş nazir hədəfdə “Hizbullah” qruplaşması üçün silah daşıyan konvoyların olduğunu vurğulayıb.

“Zaman gəldikdə biz dərhal hərəkətə keçirik. Yerindən asılı olmayaraq. Həyata keçirdiyimiz onlarla əməliyyatların məqsədi “Hisbullah”a silah əldə etməyə imkan verməmək olub. Bu bütün hallarda güc balansını dəyişə bilərdi”, deyə Benyamin Netanyahu.

2013-cü ildə “Hizbullah” Bəşər Əsədə dəstək göstərəcəyini vəd etmişdi.

Qeyd edək ki, əvvəllər müxtəlif KİV-də İsrailin Suriya ərazisinə 2013-cü ildən başlayaraq hava zərbələri endirdiyi barədə məlumatlar yayımlanıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR