Niderland Ukraynaya “yox” dedi

70d85db781910da057351b2e3b203338Ukrayna və Avropa İttifaqa arasında imzalanan assosiasiya haqqında sazişə dair qərara yenidən baxıla bilər.

APA-nın “Kommersant”-a istinadən verdiyi məlumata görə, bunu Niderlandın baş naziri Mark Rütte bəyan edib.

“Məsələyə müxtəlif səviyyələrdə müzakirə olunacaq, o cümlədən parlamentdə və Aİ-də. Bu müəyyən müddət tələb edəcək. Bu proses bir neçə həftə uzana bilər”, deyə M.Rütte bildirib.

Aprelin 6-da Niderlandda Ukrayna və Avropa İttifaqı arasında imzalanan assosiasiya haqqında sazişin məqsədəuyğunluğuna dair referendum keçirilib. İlkin nəticələr görə, sazişin lehinə seçicilərin 38,1%-i, əleyhinə isə 61% səs verib.

Qeyd edək ki, seçkinin nəticələri tövsiyə xarakteri daşıyır və mütləq qaydada icra edilməsi üçün hüquqi əsası yoxdur. 2014-cü ildə Ukrayna və Aİ arasında bağlanan assosiasiya haqqında sazişi Avropa İttifaqına üzv olan 28 ölkənin parlamenti ratifikasiya edib.

Bundan əvvəl Ukrayna prezidenti Petro Poroşenko Niderlandda keçiriləcək referendumun Ukrayna-Avropa İttifaqı sazişinə əngəl törətməyəcəyini bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR