Nişanlısına şarlardan gəlinlik paltarı hazırladı

img2048918Çinin Sindao şəhər sakini nişanlısı üçün 600 şardan ibarət gəlinlik paltarı hazırlayıb.
Bəylə birlikdə “şarlı gəlinlik” geyinən qız da şəhərin küçələrində fotosessiya etdirib. 25 yaşlı toy təşkilatçısı Lu Kepenq bir gecəlik paltarlar hazırlamaqla şöhrət qazanıb. Şardan hazırlanan gəlinlik onun ən məşhur əl işidir. Gənc oğlanın sözlərinə görə, o, bu hərəkəti ilə nişanlısı Su Syuenoya onu necə güclü sevdiyini göstərmək istəyib.
2015-ci ilin sentyabrında Mode kanalı özünə məxsus Youtube kanalında gəlinlik paltarlarının bir əsrlik “inqilabı” barədə süjet yayımlayıb. Həmin süjetə 260 min dəfə baxılıb. Stilist komandasının hazırladığı klipdə 1915-ci ildən 2015-ci ilə qədər toy dəbindəki dəyişikliklər öz əksini tapıb.
Musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR