Obama: Türkiyə ilə əməkdaşlıq ABŞ üçün olduqca vacibdir

obama_290813Türkiyə ilə əməkdaşlıq ABŞ üçün olduqca vacib olaraq qalır.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obama Nüvə Təhlükəsizliyi sammitindən sonra keçirdiyi mətbuat konfransında bildirib.

“Türkiyə ilə əməkdaşlıq bir sıra beynəlxalq və regional məsələləri əhatə edir və bu əməkdaşlıq bundan sonra da davam edəcək. Digər tərəfdaşlarımızla olduğu kimi, biz Türkiyə ilə birgə çalışırıq. Biz onların səylərini lazımınca qiymətləndiririk”, Obama bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR