Ödəmə terminalını yaran şəxs: Aparatı dəmirlə sındırdıq – FOTO + VİDEO

ot6Kameraya düşməmək üçün dumanlı havada oğurluq ediblər.

Gəncədə ödəmə terminallarına qənim kəsilən dəstə zərərsizləşdirildi.

Qafqaznews.az Region TV-yə istinadən xəbər verir ki, Gəncədə tutulan cinayətkar qrupun, ödəmə terminallarına nədən qənim kəsildiklərinin təfərrüatları məlum olub. Dırnaqarası qəhrəmanlar, bu yolla daha qısa müddətdə külli miqdarda qazanc əldə edə biləcəklərini düşünüblər.

23 – 25 yaşlarında olan Tural Ələşrəfov, Atil Hacıyev və Həsən Salmanov asan qazanc əldə etmək məqsədi ilə əlbir olaraq, şəhərin müxtəlif ərazilərində yerləşən ödəmə terminallarını qarət ediblər. Qrup ilk cinayətini 2015-ci ilin sentyabrda Gəncənin Şah İsmayıl Xətai prospektində yerləşən terminalı qarət etməklə törədib. Lakin bu cəhdləri uğursuz alınıb.

Atil Hacıyevin başçısı olduğu dəstə 2016-cı ilin 15 fevralında gecə saatlarında şəhərin Atatürk prospektində yerləşən ödəmə terminalından pul götürə biliblər. Özləri ilə gətirdikləri dəmir alətlə aparatı sındıraraq içərisində olan 1065 manatı götürüblər.

Cinayətkar qrup eyni üsulla 2016-cı ilin mart ayında daha bir oğurluq hadisəsi törədiblər. Bu dəfə Gəncənin Nizami küçəsində yerləşən terminal sındırılaraq içərisində olan 217 manat götürülüb. Bu, cinayətkar dəstənin sonuncu əməli olub.

Hazırda Gəncə Şəhər Baş Polis İdarəsinin istintaq qrupu tərəfindən saxlanılan şəxslərin bu və ya digər cinayətlərin iştirakçısı olub-olmadıqlarını araşdırır, istintaq əməliyyat tədbirləri davam etdirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR