Odessada bank qumbaraatandan atəşə tutulub

ccfc4af89ccb9360b219d3fe47bb05c5Aprelin 25-dən 26-na keçən gecə Odessada “Pivdennıy” bankının ofisində partlayış baş verib. APA-nın yerli “Taymer” nəşrinə istinadən verdiyi xəbərə görə, partlayış “Muxa” tipli qumbaraatandan binaya açılan atəş nəticəsində baş verib.

Məlumata görə, polis əməkdaşları qumbaraatanı binanın yaxınlığındakı kolluqdan tapıblar.

Bundan əvvəl  Odessada rayon prokurorluğu binasının qarşısında güclü partlayışın baş verməsi barədə məlumat yayılıb.

İnsident nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR