Ölkədə 150 məktəbdə 30 –a qədər şagird oxuyur… – Maraqlı statistika

15509Ölkədə 150 məktəbdə 30 –a qədər şagird oxuyur…
Moderator.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin məktəblərin tikilməsi və bərpasına nəzarət edən şöbənin rəsmisi məlumat verib. Onun sözlərinə görə Azərbaycanda 150 məktəbdə 30-a yaxın şagird, 250 məktəbdə 50-yə qədər, 650 məktəbdə isə 50-150 civarında şagird təhsil alır.
Verilən məlumata görə, hazırda 40-a yaxın ərazidə yeni məktəblər tikilir.
Yaxın gələcəkdə isə cəbhəyanı 136 məntəqədə məktəblərin tikintisi və bərpası işinə start veriləcək. Cəbhəyanı məntəqələrdə baş verə biləcək hər hansı fövqəladə hadisələrdən və məlum həmlələrdən qorunmaq üçün ehtiyat zirzəmilər hazırlanacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR