Ombudsman cəbhə bölgəsinə səfər edib

a8eeda52c415302a9d9b4bea888a4648Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova aprelin 7-də cəbhə bölgəsində yerləşən Ağdam və Tərtər rayonlarına səfər edib.

Ombudsman Aparatının mətbuat xidmətindənya  Qafqaznews.az-a verilən məlumata görə, E. Süleymanova təmas xəttində yerləşən Tərtər rayonunun Şıxarx və Qapanlı, Ağdam rayonunun Sarıcalı, Qaradağlı, Çəmənli, Evoğlu və Əhmədağalı kəndlərində olub, həmin kəndlərin sakinləri ilə görüşüb söhbət edib, onları maraqlandıran sualları cavablandırıb.

Ağdam rayonuna səfər çərçivəsində müvəkkil həmin ərazidə yerləşən N saylı hərbi hissənin və hərbi hospitalın şəxsi heyəti ilə görüşüb, onlarla söhbət edib.O, rayonun Evoğlu kəndində təmas xəttinin yaxınlığında yerləşən, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə tikilib istifadəyə verilmiş, müasir avadanlıqla təchiz olunmuş 2 mərtəbəli, 100 yerlik uşaq bağçasına baş çəkmiş, uşaqlara yaradılan şəraitlə tanış olub.

Qeyd edilməlidir ki, döyüşlərin getdiyi hər iki rayonda gündəlik həyat normal tərzdə davam edir, bütün ticarət mərkəzləri və digər iaşə obyektləri fəaliyyət göstərir.

Səfər zamanı Müvəkkili Tərtər və Ağdam rayon icra hakimiyyətlərinin başçıları, Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndələri müşayiət ediblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR