Palmirada İŞİD qurbanlarının kütləvi məzarlığı aşkar edilib

6e4a0783-76b6-4984-985d-a6bc20ef9e1e_292Suriya hakimiyyəti İŞİD qruplaşmasından geri aldığı Palmira şəhərində terrorçuların qurbanlarının kütləvi məzarlığını aşkar edib.

“Report” BBC-yə istinadən xəbər verir ki, məzarlıqda təxminən 40 cəsəd var. Cəsədlər əsasən döyüşlərdə öldürülmüş hərbçilərə və iqtidaryönümlü üsyançılara məxsus olub. Eyni zamanda bir neçə mülkü vətəndaşın və üç uşağın da cəsədi aşkar edilib.

Yerli polisin yaydığı məlumata görə, öldürülənlərin hamısı ya güllələnib, ya da onların başı kəsilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR