Penitensiar Xidmətin əməkdaşı Prezidentin göstərişlərinə məhəl qoymur?

yasar-isakov-260514Aprelin 21-də Kavkaznews.az saytında “Bizim məhbuslar komfortla yaşayır?” başlıqlı yazı dərc olunmuşdu. Məqalədə deputat Çingiz Qənizadənin sözlərindən sitat gətirilirdi: “Ölkədəki bütün cəzaçəkmə və istintaq təcridxanalarında 24 minə qədər məhkum var. Bu, Azərbaycanda indiyə qədər ən yüksək rəqəmdir”. Ç. Qənizadə deyib ki, çox məhbus həm də dövlət büdcəsindən daha çox xərclərin ayrılması deməkdir. Deputat cəza sanksiyalarında yeniliklərin ediləcəyini bildirib: “Hər bir məhkumun bir günlük xərci 10 manat civarındadır. Bu da il ərzində 80 milyon manatdan çox edir. Bizim Cinayət Məcəlləsindəki sanksiyalarda ümumiyyətlə, bununla bağlı islahatlara ehtiyac var. Bunun da nəticəsində məhkumların sayı xeyli aşağı düşəcək”. Kavkaznews.az saytının əməkdaşı “Bizim məhbuslar komfortla yaşayır?” başlıqlı yazı ilə bağlı Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə (mətbuat xidməti) zəng etmişdi. Qafqaznews.az xatırladır ki, özünü təqdim etməyən PX əməkdaşından fikir öyrənmək istəyən zaman, o bildirmişdi ki, guya Qafqaz Xəbər Agentliyi qeyri-qanuni fəaliyyət göstərir və buna görə də bizim agentliklə onlar əməkdaşlıq etmək istəmirlər. Həmin dialoqun bir hissəsini bir  daha oxucuların diqqətinə çatdırırıq:
– Salam. Sizi Qafqaz Xəbər Agentliyindən narahat edirik. Bilmək istərdik ki, məhkumların gündəlik rasionu neçəyə başa gəlir?

– Bizə yazılı formada müraciət edin. Bundan başqa, biz artıq sizə demişdik ki, sizin agentliklə əməkdaşlıq etmək istəmirik.

– Məgər sizin KİV-lə əməkdaşlıqdan imtina etmək haqqınız var?

– Bəli, var. Sizin qanunsuz fəaliyyətiniz göz qabağındadır.46909_src-1-300x225

Aprelin 26-da hüquq müdafiəçisi Novella Cəfəroğlu kavkaznews.az-a bildirib ki, dövlət başçısının göstərişi var, məmurlar bütün KİV-lərlə fərq qoymadan əməkdaşlıq etməlidirlər.

“Sizin agentliyin qanunsuz fəaliyyət göstərməsi ilə bağlı ittihama gəldikdə isə, əgər həmin şəxsdə sizin qanunsuz fəaliyyətinizlə bağlı hansısa sübut varsa, o zaman hüquq mühafizə orqanlarına təqdim etməlidir. Əgər bunu etməyibsə, deməli, Penitensiar Xidmət əməkdaşının dedikləri böhtandır”, – deyə N.Cəfəroğlu vurğulayıb.

Biz həmçinin Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin mövqeyini öyrənməyə çalışdıq.

“Sizin əməkdaşınız bizə deyib ki, “ölkədə özünü KİV hesab edən 187 ünvar var və o, telefonla bütün suallara cavab verə bilməz. Prezident isə tapşırıb ki, jurnalistlərin suallarına cavab verilməlidir. Bu, o demək deyilmi ki, sizin əməkdaşınız Prezidentin göstərişlərinə qarşı çıxır?”, – deyə soruşduq (təəssüf ki, PX İctimaiyyətlə Əlaqələr Şöbəsinin bu əməkdaşı da özünü təqdim etməkdən boyun qaçırdı).

“Biz nə vaxtsa sizin suallarınıza cavab verməkdən imtina etmişik?”, – deyə həmsöhbətimiz soruşdu.

“Sizin əməkdaşınız nəinki sualımıza cavab verməkdən imtina etdi, həm də bizi qanunsuz fəaliyyətdə günahlandırdı”, – deyə qeyd etdik. “Bəzən jurnalistlər elə sualla müraciət edirlər ki, onun cavabını biz bilmirik”, – deyə PX əməkdaşı bildirdi.

“Amma Mətbuat Şurası üzvləri bizə bildirdi ki, belə halda mətbuat xidmətinin əməkdaşı jurnalistə lazım olan informasiyanı öyrənməlidir”, – deyə xatırlatdıq.

“Buna görə görə də, saytımızda jurnalistlərə təklif etmişik ki, bizə yazılı sorğu göndərsinlər,” – deyə mətbuat xidmətinin əməkdaşı cavab verdi.

Rəşad Rüstəmov

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR