Polis orqanları erkən nikah faktları ilə bağlı cinayət işi açmır?

250-341Bu il martın 31-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya bildirib ki, 2015-ci ildə erkən nikah halları ən çox Şabran (18 fakt), Ağsu (22 fakt), Salyan (27 fakt) və Şəkidə (37 fakt) qeydə alınıb. Vəkil Elçin Sadıxov kavkaznews.az saytına bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, 16 yaşa çatmayan şəxslərlə cinsi əlaqə cinayət sayılır, 14 yaşına çatmayanlarla cinsi əlaqə isə zorlama kimi dəyərləndirilir.skachanny-e-fajly-1-211

“Buna görə də, yetkinlik yaşına çatmayan şəxslərin ailə qurmasına görə CM-də cinayət məsuliyyəti nəzərdə tutulur”, – deyə vəkil bildirib.

Biz aydınlaşdırmaq istədik, erkən nikahların daha çox qeydə alındığı Şabran, Salyan, Şəki və Ağsu rayonlarında erkən nikahlar üzrə cinayət işi açılıbmı?

Şabran və Salyan rayonlarının polis idarələrindən Kavkaznews.az saytına bildirilib ki, erkən nikah faktları üzrə cinayət işi açılmayıb.

Şəki polisindən isə suallarımıza cavab vermək istəmədilər. Həmçinin, Ağsu rayonu ilə əlaqə yaratmağa çalışdıq, cəhdlərimiz uğursuz oldu.

Hüquq müdafiəçisi, “Konstitusiya” Fondunun rəhbəri Əliməmməd Nuriyevin fikrincə, erkən nikahlara qarşı ən sərt və barışmaz mübarizə aparmaq lazımdır.05e8cAlimammad_Nuriyev_291212

“Erkən yaşda nikaha girən qızlar zorakılığın qurbanı olurlar. Sirr deyil ki, erkən nikahlar zamanı xəstə, normal inkişaf etməyən uşaqlar dünyaya gəlir”, – deyə Əliməmməd Nuriyev qeyd edib.

Hüquq müdafiəçisi polis orqanlarının erkən nikahlarla bağlı ciddi addımlar atmadığından təəssüfləndiyini bildirib.

“Əksər hallarda polis əməkdaşları erkən nikah faktları ilə bağlı cinayət işi qaldırmır”, – deyə Ə.Nuriyev kavkaznews.az-a bildirib.

Rəşad Rüstəmov

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR