Polislərə rahat hospitallar, müəllimlərə isə heç nə…

icbari-tibbi-sigorta-niy-lngiyir9b146cadd46e2d79959aAprelin 27-də kavkaznews.az saytında “Yoxsul məktəblər, yazıq müəllimlər” başlıqlı yazı dərc olunmuşdu. Məqalədə hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının fikirlərindən sitat gətirilirdi. Mirvari Qəhrəmanlı Kavkaznews.az saytına bildirib ki, Azərbaycan qanunvericiliyi bütün işləyənlərin icbari tibbi sığortasını nəzərdə tutur. Amma işsiz qalanların sığortalanması haqqında qanunvericilikdə heç nə deyilmir”, – deyə Mirvari Qəhrəmanlı bildirib. Komitə sədrinin sözlərinə görə, Avropada həmkarlar ittifaqları işsizlərin də tibbi sığortasına nail ola bilib.

“Amma bizim həmkarlar ittifaqlarımızı, deyəsən, bu problem qəti narahat eləmir”, – deyə hüquq müdafiəçisi əlavə edib. Onun fikrincə, Həmkarlar İttifaqları Konfederasiyası hər şeydən əvvəl müəllimlərin icbari tibbi sığortası haqqında məsələ qaldırmalıdır.

“Məgər Azərbaycanda müəllimlərin icbari tibbi sığortası yoxdur?” – deyə əməkdaşımız maraqlandı.

“Mövcud qanunvericiliyə görə, icbari tibbi sığorta müəssisə tərəfindən təşkil olunmalıdır. Lakin bizim məktəblərimiz o qədər kasıbdır ki, öz işçilərinin icbari tibbi sığortası üçün yetərli maliyyə vəsaitinə malik deyillər”, – deyə hüquq müdafiəçisi əlavə edib.

Aprelin 28-də Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Kavkaznews.az-a açıqlamasında Mirvari Qəhrəmanlının sözlərini təsdiq etdi: “Bu gün Azərbaycanda indiyə qədər bütün müəllimlərin tibbi sığortalanması aparılmayıb”.

“Məgər qanunvericilik təhsil sistemində çalışanların sığortalanmasını nəzərdə tutmur?” – deyə soruşduq. “Yox”, – deyə Cəsarət Valehov cavab verdi.

“Deməli, müəllim xəstələndiyi halda öz hesabına müalicə alır?” – deyə jurnalistimiz sual verdi.

Təhsil Nazirliyinin sözçüsündən “Bəli” cavabı aldıq. Xatırladaq ki, Azərbaycan Respublikasının 1999-cu il 28 oktyabr tarixli “Tibbi sığorta” haqqında qanunun 1-ci maddəsində qeyd olunur ki, Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə Azərbaycan Respublikası əhalisinin tibbi və dərman yardımı almasına təminat verir. Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, icbari tibbi sığorta proqramına müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı almasını təmin edir. Könüllü tibbi sığorta icbari tibbi sığorta proqramında müəyyənləşdirildiyindən əlavə könüllü tibbi sığorta müqaviləsi əsasında əhalinin tibbi və digər xidmətlər almasını təmin edir. Xatırladaq ki, Azərbaycanda polislərin də tibbi sığortası yoxdur. Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin əməkdaşı Anar (təəssüf ki, bizə soyadını bildirmədi – red.) bildirdi ki, polis əməkdaşlarının tibbi sığortaya ehtiyacı yoxdur.

“Polislərimiz xəsətələndikləri halda, DİN-in hospitallarında müalicə alırlar”, – deyə Anar qeyd etdi.

Rəşad Rüstəmov

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR